Bob Vudraff

Bob Vudraff

Jurnalist, aparıcı

BİOQRAFİYA

Bob Vudraff 18 avqust 1961-ci ildə ABŞ-ın Miçiqan ştatının Blumfild-Hills şəhərində anadan olub. Atası Robert Vudraff-böyük, anası Frend Vudraffdır. 1988-ci ildə Li Makkonahi ilə ailə qurub. Cütlüyün 4 övladı var. 1983-cü ildə Kolqeyt Universitetini bitirərək, bakalavr dərəcəsi əldə edib. Tələbə olduğu illərdə Bob lakrossla məşğul olub və bu idman növündə kifayət qədər əlamətdar nəticələr əldə edib. 1987-ci ildə Miçiqan Universitetinin hüquq fakültəsində  hüquq elmləri doktoru dərəcəsini əldə edib. Vudraff karyerasının əvvəlində bir müddət “Shearman & Sterling” agentliyində çalışıb, daha sonra 1989-cu ildə Pekinə yollanaraq hüquq üzrə dərs deyib. Eyni vaxtda CBC News telekanalının Pekin bürosunun ştatdan kənar müxbiri kimi fəaliyyətə başlayıb. Kifayət qədər nüfuz əldə etdikdən sonra hüquq sahəsindən uzaqlaşaraq jurnalistikaya üz tutub. Daha sonra ABC telekanalının müxbirinə çevrilib. 29 yanvar 2006-cı ildə Bob Vudraff kanadalı operator Daq Voqtla (Dou Vogt) İraqda çəkiliş aparan zaman kustar üsullu hazırlanmış partlayıcının işə düşməsi nəticəsində ağır yaralanır. Başında qoruyucu şlem, bədənində zirehli jiletin olması hesabına sağ qalıb. Sonradan Vudraffın ağır əməliyyat keçirdiyini, hətta cərrahların onun kəllə sümüyünün bir hissəsini kənarlaşdırmağa məcbur olduqları məlum olub. Buna baxmayaraq artıq 28 fevralda teleefirə qayıdıb. Martın 7-dən etibarən isə müsahibələr verməyə və tammiqyaslı reportajlar hazırlamağa başlayıb. İngilis dilindən savayı alman və çin dilində səlis danışır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.peoples.ru/state/journalist/bob_woodruff/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç