Dominik Sanda

Dominik Sanda

Aktrisa

BİOQRAFİYA

Dominik Sanda 70-ci illərdə kult filmlərdə çəkilən fransalı aktrisa və keçmiş modeldir. İlk rolunu Rober Bressonun “Krotka” filmində canlandırır. 1970-ci ildə İ.S.Turqenyevin "İlk məhəbbət” povesti əsasında Maksimilian Şell tərəfindən ekranlaşdırılan filmdə Zinaida rolunu oynayır. Sandanın gözəlliyi, aktyorluq bacarığı məşhur rejissorları cəlb edirdi. O Bernardo Bertoluççinin (“Konformist” 1970, və kino epos “İyirminci əsr”, 1976), Lukino Vistontinin (“İnteryerdə ailə portreti” 1976), Vittorio De Sika (“Finsi Kondininin bağı” 1970), Marqerit Dürasın (2gəmi-gecə” 1979), Benua Jakonun “Göyərçin qanadları” 1981; “Bədən və ruhla” 1986; “Yoxsullar” 1986), Mişe Devilin (“İkilikdə səyahət” 1980), Lina Vertmüller (“Gizli onluq” 1988; “Aylı gecədə” 1989) və sair tanınmış rejissorların filmlərində rol alıb. Pol Nyumanla birlikdə Con Hyustonun “Makintoş-adam” trillerində (1973, ABŞ) çəkilib. Qerman Hessin romanının əsasında çəkilən “Vəhşi canavar” filmində Qermina rolunda (1974) çıxış edib. 1976–cı ildə Mauro Boloninin “Ferramontinin mirası” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə Kann kinofestivalının laureatı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BD%D0%B4%D0%B0,_%D0%94%D0%BE%D0%BC%D0%B8%D0%BD%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç