Riçard Riç
Rejissor, ssenarist, prodüser
Riçard Riç 1951-ci ildə ABŞ-da anadan olub. Karyerasına “Disney” studiyasının kargüzarlıq şöbəsinin işçisi olaraq başlayıb. Sonradan karyera nərdivanı ilə yüksələrək, rejissor köməkçisi olub. Sonradan Uolt Disney studiyasının tarixinə ən gənc rejissor kimi düşüb. “Vinni Pux və Qayğı günü”, “Xilasedicilər”, “Pitin əjdahası”, “Vinni-puxun sərgüzəştləri” və “Balaca” cizgi filmləri üzərində çalışıb. 1981-ci ildə Tülkü və Köpək cizgi filmini yaradıb. Daha sonra Bermanla birlikdə “Qara qazan” (1985) animasiya filmində rejissorluq edib. Çox keçmədən Disney studiyasından ayrılaraq öz şəxsi Rich Animation Studios şirkətini, ardınca isə RichCrest Animation Studios filmini lentə alıb. 2006-cı ildə “Məhəmməd: sonuncu peyğəmbər” bioqrafik cizgi filmini lentə alıb. Həmin cizgi filmindən sonra RichCrest Animation studiyasını “Lionsgate” korporasiyasına satıb. Daha çox “Lis və köpək” və “Qara qazan” cizgi filmlərinin rejissoru kimi tanınır. Həmçinin “Balaca” və “Tülkü və Köpək” cizgi filmlərinə bəstəkarlıq edib. Rejissor, prodüser və ssenarist qismində dini mövzulu "Animated Stories from the New Testament" və "Animated Stories from the Bible" cizgi filmləri üzərində çalışıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D1%87,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4