Bruno Qans

Bruno Qans

Aktyor

BİOQRAFİYA

Bruno Qans 22 mart 1941-ci ildə Sürixdə, isveçrəli fəhlə və italyan ailəsində anadan olub. Sürixin musiqi-teatr məktəbində oxuyub. İlk dəfə 1960-cı ildə 19 yaşında kinoya çəkilib. 1962-ci ildə Almaniyaya köçüb, orada çoxsaylı film və tamaşalarda iştirak edib. Vim Venders, Erik Romer, Verner Hersoq, Folker Şlyondorf kimi görkəmli Avropa kinorejissorları ilə əməkdaşlıq edib. Hans 1970-1980-ci illərdə məşhurlaşıb. “Berlin üzərində səma” filmində oynadığı rolu ona böyük şöhrət gətirib. Həmçinin “Çörək və lalə” oynadığı baş rolla tanınır. Son 20 il ərzində ən əlamətdar rolu “Bunker” bioqrafik müharibə dramında faşist diktator Adolf Hitler olub. 1996-cı ildən İffland üzüyünə malikdir. Hans 1965-ci ildə ailə qurduğu həyat yoldaşı Sabinadan bu yaxınlarda ayrılıb. Onların Deniel adlı bir oğlu var. 2018-ci ildə Salzburqda həkim müayinəsindən keçən zaman onda bağırsaq xərçəngi aşkarlanıb. Həkimlər dərhal kimya terapiyasına başlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D0%BD%D1%86,_%D0%91%D1%80%D1%83%D0%BD%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç