Şridevi

Şridevi

Aktrisa, prodüser

BİOQRAFİYA

Şridevi (Əsl adı Şri Amma Yanqerdir) 13 avqust 1963-cü ildə Tamillandda (Sivakasi) anadan olub. 4 yaşından filmə çəkilib. İlk filmi "Tamil" filmi (Kandhan Karunai) olub. 1988-ci ildə çəkildiyi “Dələduz” filmində əkiz bacılar roluna görə "Ən yaxşı aktrisa" adına layiq görülüb. Həmin ildə “Çandni” filmində də çəkilib. 265 filmə çəkilən Şridevi 1997-ci ildə ekranlardan uzaqlaşaraq özünü ailəsinə həsr edib. Lakin o, 1999-cu ildə yenidən çəkilişlərə qayıdıb, sonrakı 12 ildə 4 filmə çəkilib. O, hindi, tamil, teluqu və malayalam dillərindəki lentlərdə baş rollarda oynayıb. 2013-cü ildə Hindistanın "Padma Şri" dövlət mükafatı ilə təltif olunub. Şridervinin 80-ci illərdə çəkildiyi məşhur filmlər: “Artist” (1983), “Əziz dost” (1983), “İlan allahı” (1984), “Nişan”, “Xoşbəxt ev”, “Karma”, “Cəsur”, «Sehrli brilliant” (1986), "Mister Hindistan” və “Doğma övlad” (1987) olub. Anil Kapurla “Karma” (1986), “Ani məhəbbət”(1991), “Məyusluq” (1992), “Anda sadiq qalmaq” (1993), “Ürək dostu” (1993), “Əzizim” (1994), Özünü itirmək” (1996), “Ayrılıq” (1997) filmlərində də rol alıb. Salman Xanla “Aysimalı” (1994), Şahruh Xanla “Qisasçı” (1996) filmlərində tərəf-müqabili olub. 1992-ci ildə Amitahb Baççanla “Allah şahiddir” filmində çəkilib. Karyerasında altı illik fasilədən sonra 2012-ci ildə “İngiş-vingliş” filmində görüntülənib. 2017–ci ildə isə 50 illik karyerası ərzində 300-cü filmində, rejissoru olduğu “Ana” filmində çəkilir. Bonni Kapur ilə ailəlidir. İki qızı var. 24 fevral 2018-ci ildə Dubayda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D1%80%D0%B8%D0%B4%D0%B5%D0%B2%D0%B8

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç