Kunal Gosvami

Kunal Gosvami

Aktyor

BİOQRAFİYA

Kunal Govsami hindistanlı aktyordur. Məşhur hind aktyoru, rejissoru Manoc Kumarın oğludur. Kunal uşaqkən atasının çəkdiyi “İsti ürək” (1981) filmində atası, Dilip Kumar, Şaşi Kapur, Hema Malini ilə birlikdə çəkilir. Filmdə Kunal Kranti adlı yeniyetməni oynayır. Kunal “Ricky" filmində baş rolda çıxış edir. Ardınca 1983-1986-cı illər ərzində “Artist” “Zınqırovlar”, "Do Gulab" filmlərində çəkilir. Onun ən uğurlu və ona məşhurluq gətirən “Artist” filmi olub. Kunal filmdə Şridevi ilə tərəf- müqabili olub və ulduz olmuş istedadlı aktyoru canlandırıb. Gözəl və cəlbedici görünüşə sahib olan Kunala parlaq karyera vəd edirdilər. Belə ki, onun məşhur atası Manoc Kumar onu dəstəkləyirdi. Ancaq “Sonuncu oyun” (1989), “Çirkli pullar"(1990) filmlərində çəkilən Kunal uğursuzluqla qarşılaşır. Ardınca daha iki filmə çəkilir. Bu dəfə də filmlər tamaşaçıların rəğbətini qazanmır. 90-cı illərdə Salman Xan, Akşay Kumar, Şahruh Xan, Acay Devqan kimi super-qəhrəman rolunda çıxış edən aktyorlar məşhurlaşa bilir. Eyni zamanda Manoc Kumarın o dövrdə Aditya Çopra, Rohit Şetti, Karan Cohar kimi yeni gələn rejissorlarla rəqabət apara bilməməsi, onun sevgi və vətənpərvər ruhda olan çəkdiyi filmlərə təlabatın azalması onu kinematoqrafiyadan uzaq salır. Kunal Qovsami kinokaryerasına son qoymaq və Dehli şəhərində restoran biznesi ilə məşğul olmaq qərarına gəlir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ok.ru/vseproindi/topic/66604720887078

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç