Elizabet Mitçell

Elizabet Mitçell

Aktrisa

BİOQRAFİYA

Elizabet Mitçell 27 mart 1970-ci ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Doğuluşundan bir müddət sonra ailəsi Dallas şəhərinə köçüb. Mitçell B.T. Vaşinqton Təsviri və Dram İncəsənət Ali Məktəbini bitirib. Sonradan Stefens kollecində incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Ali təhsilini Amerika Dram Akademiyasının Britaniya filialında davam etdirib. Altı il Dallasın Mərkəzi teatrının truppasında çıxış edib. Bir il Encore Company truppasının tərkibində səhnəyə çıxıb. Ekranlarda debüt edənə qədər çoxsaylı tamaşalarda rol alıb. Televiziyada karyerasını ABC telekanalında 1994-1995-ci illərdə yayımlanmış “Sonsuz məhəbbət” sabun operasına çəkilməklə başlayıb. Ona şöhrət gətirən ilk rol HBO telekanalının “Cia” (1998) filmində Ancelina Colinin personajının sevgilisi rolunu hesab etmək olar. 2000-2001-ci illərdə NBC telekanalının “Təcili Tibbi Yardım” serialında ikinci plan rol alıb. Daha sonra “Tezlik” fantastik trillerində mərkəzi qadın rolunu oynayıb. Ardınca “Santa Klaus 2”, bir il sonra isə onun sikvelinə (Santa Klaus 3) çəkilib. Daha çox ABC telekanalında yayımlanmış “Sağ Qalmaq” (2006-2010) serialında oynadığı Culyet Börk rolu ilə məşhurlaşıb. Mitçell eyni zamanda “Vizityorlar” (2009-2011) serialında, “İnqilab” və “Yayın cırhacırı” (2016) seriallarında oynadığı rollara görə tanınır. 2001-2002-ci illərdə aktyor Qeri Beykuellə evli olub. 2004-2013-cü illərdə aktyor Kris Soldevillə nikahda olub. Keçmiş ər-arvadın bu nikahdan 2005-ci il təvəllüdlü Kristofer Cozef Soldevil adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elizabeth_Mitchell

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç