Şon Doyl
Aktyor, ssenarist, prodüser
Şon Doyl 1968-ci ildə aktyor Cerri Doylun ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra Nyufaundlenddən Toronto şəhərinə köçüb. York Universitetində aktyorluq sənəti üzrə ali təhsil alıb. “On bir saat” serialında oynadığı Devid Lenqli roluna görə üç mükafata layiq görülüb. Sözügedən seriala 2002-2005-ci illər ərzində çəkilib. Daha sonra Los-Ancelesə köçüb və aktiv şəkildə amerika seriallarına çəkilməyə başlayıb. “Sağ qalmaq”, “Düşkün evdar xanımlar”, “Veqas”, “Farqo” və digər seriallarda oynayıb. Serialların birində Şon Doyla baş rol nəsib olub (Şah və mat / Endgame). 2011-ci ildə Şon Doyl “Con.A: Vətənin doğuluşu” televiziya filmində kanadanın baş naziri Ser Con.A Makdonald rolunu oynayıb. Aktyorluqla yanaşı ssenarist və prodüser kimi də fəaliyyət göstərir. Hangmans Bride filminin ssenari müəllifidir. “Böyük kinoulduz” bədii filminin çəkilişlərinə prodüserlik edib. Daha çox “Şah və Mat”, “Kartdan ev”, “Farqo” seriallarında oynadığı rollara görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/shawn_doyle/