Fiona Şou

Fiona Şou

Aktrisa

BİOQRAFİYA

Fiona Şou — irlandiyalı aktrisa və teatr rejissorudur. Kiçik yaşlardan teatrla maraqlanır, həvəskar tamaşalarda iştirak edib. Musiqini, şer oxumağı, pianoda ifa etməyi sevir. İrlandiya milli Universitetinin məzunudur. Londonda Kral Dram Sənəti Akademiyasında dram sənətini öyrənib. Daha çox Harri Potter saqasında Petunya Dursl rolu ilə məşhurdur. Şou teatrla yanaşı, kino və televiziyada fəaliyyət göstərib. Onun ilk aktyor işi 1984-cü ildə “Şerlok Holmsun sərgüzəştləri” teleserialında olub. “Sağ ayağım” (1989), “Ceyn Eyr” (1996), “Qisasçılar” (1998), “Qara orxideya” (2006), “Dorian Qrey” (2009), “Həyat ağacı” (2011), “Kolett” (2018) filmlərində, həmçinin “Harri Potter” haqqında beş filmində, “Həqiqi qan” (2008-2014), “Aqata Kristi Miss Marpl” (2004-2014), “Tamaşa” (1992-1998) və sair seriallarda çəkilib. Fiona “Həqiqi qan” teleserialının aktyor heyətinin daimi üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%BE%D1%83,_%D0%A4%D0%B8%D0%BE%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç