Kelli Preston
Aktrisa
Kelli Preston 13 oktyabr 1962-ci ildə ABŞ-ın Havayi ştatının Honolulu şəhərində anadan olub. Atası kənd təsərrüfatı şirkətində işləyib. Kellinin 3 yaşı olanda dənizdə boğulub. Anası psixoloji sağlamlıq mərkəzində inzibatçı işləyib. Ərinin ölümündən sonra Piter Pelzislə ailə qurub. Sonuncu onu övladlığa götürüb. Karyerasının əvvəlində məhz Pelzis adı ilə tanınıb. Onun anadan bir Kris Pelzis adlı kiçik qardaşı var. Uşaqlığında Kelli İraq və Avstraliyada yaşayıb. Sonuncu ölkədə orta təhsil alıb, sonradan ABŞ-a qayıdıb. 1985-1987-ci illərdə aktyor Kevin Qeyclə evli olub. 12 sentyabr 1991-ci ildən aktyor Con Travolta ilə evlidir. 5 sentyabr 1991-ci ildə Parisin Razılaşma meydanında saentologiya etiqadının tələblərinə uyğun nikah mərasimi keçirilməli olsa da bu baş tutmayıb. Toyu 1 həftə sonra Floridanın Deton Biç şəhərində ediblər. Birgə nikahdan üç övladları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kelly_Preston