Skott Hiks
Rejissor, ssenarist, prodüser, operator
Skott Hiks 4 mart 1953-cü ildə Uqandada anadan olub, on yaşınadək Keniyada yaşayıb. Sonra ailəsi ilə birlikdə İngiltərəyə, 4 ildən sonra isə Avstraliyaya köçür. “Şəfəq” (1996), “Qarlı sidrlər” (1999), “Həyatın dadı” (2007) və sair filmlərin rejissoru olub. "Finders Keepers" (1991), "The Great Wall of Iron" (1989), "Women Artists of Australia" (1981) serialların çəkilişlərində rejissor qismində iştirak edib. “Şəfəq” (1996), “Qarlı sidrlər” (1999), “Mister Braun mənə zəng edin” (1990) və sair filmlərin və "Finders Keepers" (1991) serialının ssenaristidir. “Azadlıq” (1982) filminin çəkilişlərində və səsləndirilməsində iştirak edib. Operator qismində “Qlass: 12 hissədə Filipin portreti” (2007) filminin çəkiliş prosesinə rəhbərlik edib. Onun ən məşhur filmləri sırasında “Şəfəq” (1996), “Qarlı sidrlər” (1999), “Həyatın dadı” (2007) filmlərinin adını çəkmək olar. “Şəfəq” filmi Skott Hiksə çoxsaylı nüfuzlu mükafat və nominasiya gətirib. Ən yaxşı rejissor kateqoriyasında Avstraliya Kino İnstitutunun mükafatına layiq görülüb. Bu film yeddi dəfə “Oskar” mükafatına, “Qızıl Qlobus” və BAFTA mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Scott_Hicks