Robert Enson Haynlayn
Yazıçı
Robert Enson Haynlayn (1907 – 1988) — amerikalı fantast-yazıçı, müasir elmi fantastika janrında yazan ən məşhur simalarından biridir. Onu “fantastik yazıçıların dekanı” adlandırırlar. O, dövrünü qabaqlayan bir çox ideyaların müəllifi olub və bir çox nüfuzlu mükafatlara layiq görülüb. İdeya zənginliyi, obrazların qeyri-standarlılığı, canlı və iti dil, baş verənlərə oxucunu inandırmaq bacarığı, yazıçının ən əsas xüsusiyyətlərindəndir. Onun bir çox əsərləri ekranlaşdırılıb. Onun ilk əsərləri 1939-cu ildə "Astounding Science Fiction" jurnalında çap edilir. Jurnalın redaktoru Con Kempbellin sayəsində yazıçının əsərləri məşhurlaşır. Onun "Ay sərt sahibədir" əsərində hadisələr Ayda baş verir. 21-ci əsrdə Ay Terradan (Yerdən) məhkumların göndərildiyi böyük həbsxanadır. Ayda insanlar torpaqsız süxurların üzərində taxıl yetişdirməli və Terraya göndərməlidirlər. Bu olduqca ağır zəhmət tələb edir. Eyni zamanda su faydalı qazıntı kimi ayrıca mədən sənayesidir. Xərclər dayanmadan artır. Yaşamaq əzaba çevrilir. Sosial təzyiqlər dözülməz hal alır. Yerli inzibatçıların özbaşınalığına və qəddarlığına qarşı Ay sakinləri inqilab etmək qərarını verirlər. Robert Enson Haynlayn dörd romana görə Hüqo mükafatına layiq görülən yeganə yazıçıdır. Fantastik ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə isə bir neçə dəfə "Nebula" mükafatını qazanıb. Robert Enson Haynlayn Artur Klark və Ayzek Azimovla birlikdə fantast-yazıçıların “böyük üçlüyü”nə daxildir. Asteroid və Mars planetinin kratoru onun şərəfinə adlandırılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Robert_Haynlayn