Oleq Stepçenko

Oleq Stepçenko

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Oleq Anatolyeviç Stepçenko – rusiyalı kinorejissor və ssenaristdir. 1995-ci ildə Moskva Dövlət Akademik Bədii İncəsənət İnstitutunu bitirib. Quruluşçu-rejissor olaraq iyirmidən çox Rusiya və MDB teatr tamaşasında iştirak edib. Çox sayda musiqi klipi və videoçarx lentə alıb. 2000-ci ildə ən yaxşı Rusiya klipi nominasiyasında MTV Russia Music Awards (Detslin “Şənlik” klipinə görə) mükafatına layiq görülüb. 2003-cü ildə “Aradan çıx” adlı tammetrajlı bədii filmini çəkib. Bu ekran əsəri kommersiya uğursuzluğuna düçar olub, ümumi gəlirlər büdcənin 30%-ni ötməyib və tənqidçilərin mənfi rəyini qazanıb. Rejissorun növbəti kinolayihəsi “Kişi mövsümü. Məxməri inqilab” filmi olub. Həmin filmdə əvvəlkinin aqibətini bölüşüb. IMDB reytinqinə görə bu film 10 ballıq şkala ilə 3,9 bal səviyyəsində qərarlaşıb. Daha sonra 3D texnologiyası ilə N.V. Qoqolun "Viy" povesti əsasında eyniadlı bədii filmi lentə alıb. Filmin büdcəsi 30 milyon dollar təşkil edib. Ceyson Fleminqin baş rola çəkildiyi filmlə amerikalı prodüserlə və yayımçılar, o cümlədən aktyorun dostu Bredd Pitt maraqlanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1897071/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç