İqor Jijikin

İqor Jijikin

Aktyor

BİOQRAFİYA

İqor Vitalyeviç Jijikin 8 oktyabr 1965-ci ildə Moskvada (Rusiya) anadan olub. Atası (vəfat edib) Vitali Jijikin dövlət qulluqçusu, voleybol üzrə idman ustası olub. Uzun müddət SSRİ Rabitə nazirliyində poçt idarəsinə başçılıq edib. Anası Genriyetta Mixaylovna əvvəl aktrisa imiş, sonradan isə elmi işlə məşğul olub. İqor uşaqlığından idmanla məşğul olub. Əvvəl gimnastikadan başlayıb, sonradan suya tullanma və üzgüçülüklə maraqlanıb. Sonradan müasir beşnövçülüklə məşğul olub, qaçış, atəş, qılıncoynatma və çaparlığı da öyrənib. Həmçinin futbol, xokkey, voleybol, basketbolla məşğul olub, dağlarda xizək sürüb. Orta məktəbi bitirdikdən sonra Moskva Rabitə Texnikumunda oxuyub. 1983-cü ildən 1985-ci ilə kimi Sovet ordusunda hərbi xidmət keçib. Əsgərlikdə Kubinka qəsəbəsində idman bölüyünün çavuşu olub. Orduda qulluq edəndə sirk artistləri ilə dostlaşıb. Ehtiyata buxarıldıqdan sonra Moskva Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1989-cu ildə Moskva sirkinin tərkibində Amerika Birləşmiş Ştatlarına yollanıb. Las-Veqasın məşhur "Treasure İsland" kazinosunda tullanış üzrə gimnast kimi çıxış edib. Hollivudda işlədiyi zaman Stiven Spilberq, Corc Lukas, Klint İstvud, Kventin Tarantino, Harrison Ford, Conni Depp, Ancelina Coli və başqa məşhurlarla birgə çalışıb. Ən əlamətdar rolu “İndiana Cons və büllur kəllə krallığı”  blokbasterində polkovnik Dovçenko rolu olub. 2001-ci ildən Rusiyada işləyir. Müxtəlif kino və televiziya layihələrində fəaliyyət göstərib. Daha çox rejissor Stiven Spilberqin “İndiana Cons və Büllur kəllə krallığı” macəra filmində oynadığı polkovnik Dovçenko rolu ilə tanınır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Igor_Jijikine

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç