Oleq Taktarov

Oleq Taktarov

Aktyor, idmançı, rejissor, teleaparıcı

BİOQRAFİYA

Oleq Nikolayeviç Taktarov 26 avqust 1967-ci ildə Rusiyanın Qorkov vilayətində anadan olub. Qarışıq əlbəyaxa döyüş növləri üzrə dünya çempionudur (UFC 6, 14 iyul 1995), bir çox turnir və yarışların mükafatçısıdır. Rinqdə “Rus ayısı” ləqəbi ilə tanınıb. ABŞ və Yaponiya rinqlərində 24 MMA döyüşü keçirib. “Ultimate Fighting Championship” (UFC) turnirində qazandığı qələbə sayəsində dünya şöhrəti qazanıb. Rinqdə sakitliyi ilə seçilib və rəqiblərini daha çox ağrılı sambo fəndləri ilə məğlubiyyətə uğradıb. Uşaqlığında kinoaktyor olmağı və Hollivud filmlərinə çəkilməyi arzulayıb. Bu arzusunu həyata keçirmək üçün 1994-cü ildə qrinkartı və ingilis dili bilgisi olmadan Birləşmiş Ştatlara yollanıb. Ancaq aktyor olmaq üçün ya gərək pulu olaydı, ya da tanınaydı. Tanınmaq üçün əlbəyaxa döyüş növləri üzrə müxtəlif turnirlərdə iştirak etmək qərarına gəlib. UFC çempionatında çıxışı onu məşhurlaşdırıb və tezliklə müxtəlif kinolayihələrə dəvətlər daxil olmağa başlayıb. Taktarovun iştirakı ilə ən əlamətdar filmlər: “Prezidentin təyyarəsi” (1997, ABŞ), “15 dəqiqəlik şöhrət” (2001, ABŞ), “Rollerbol” (2002, ABŞ), “44 dəqiqə” (2003, ABŞ), “Gecə sahibləri” (2007, ABŞ), “Yırtıcılar” (2010, ABŞ) O eyni zamanda “Casus qadın” (2003), “Maral ovu” (2005, Rusiya), “Dəniz polisi: xüsusi bölmə” (2008) seriallarına çəkilib. Üç dəfə evli olub. Birinci həyat yoldaşı Milena ilə beş il yaşayıb. İkinci həyat yoldaşı Ketlin amerikalıdır, ciddi rejimli kolonun rəisi olub. Ketlinlə rinqdə məğlubiyyətindən sonra tanış olub. O döyüşçüyə dəstək olaraq onun psixoloji böhrandan çıxmasına kömək edib. Sonradan cütlük görüşməyə başlayıb. Onların Kiton adlı övladları var. Cütlük bir neçə il sonra boşanıb. Üçüncü həyat yoldaşı Mariya rusiyalıdır. Bu nikahdan Nikita adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%BA%D1%82%D0%B0%D1%80%D0%BE%D0%B2,_%D0%9E%D0%BB%D0%B5%D0%B3_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç