Fərəh Zeynəb Abdulla

Fərəh Zeynəb Abdulla

Aktrisa

BİOQRAFİYA

Fərəh Zeynəb Abdulla 17 avqust 1989-cu ildə İstanbulda anadan olub. Atası Oman Abdulla iraq türkməni, anası Gülay Abdulla türk əsilli evdar xanımdır. Fərəh İstanbuldakı “Sen-Mişel” fransız litseyində oxuyub. Orta məktəbi Böyük Britaniyada bitirib. Fransız və ingilis dillərində sərbəst danışır. Məktəb illərində müxtəlif şagird tamaşalarında iştirak edib, hətta “ən yaxşı məktəbli aktrisa” mükafatını da qazanıb. 2010-cu ildən kinoya çəkilir. İlk layihəsi “Qiymətsiz zaman” serialı olub. Həmin serialda üç il Aylin Akarsu rolunu oynayıb. Növbəti əlamətdar rolu “Kəpənəyin yuxusu” filmində Medihi rolu olub. 2014-cü ildə “Kurt Seyit və Aleksandra” serialında rusiyalı zadəgan qadın Şura rolunu oynayıb. Serialda tərəf-müqabili tanınmış aktyor Kıvanç Tatlıtuğ olub. Aleksandra rolu ona Rusiyada şöhrət qazandırıb. Ardınca “Unutsam pıçılda” serialında və “Kiçik eylül məsələsi" filmində rol alıb. Fərəhin ümumilikdə 14 mükafatı var. Boş vaxtlarında vokalla məşğul olur. 2013-cü ildə Gökhan Tiryəki ilə görüşməyə başlayıb. 2016-cı ilin dekabrında cütlük yollarını ayırıb. 2017-ci ilin yanvar ayında “Möhtəşəm əsr: Kösem imperiyası” serialındakı tərəf-müqabili Caner Cindorukla görüşüb. Ancaq bu münasibətlərin də ömrü uzun olmayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B1%D0%B4%D1%83%D0%BB%D0%BB%D0%B0%D1%85,_%D0%A4%D0%B0%D1%80%D0%B0%D1%85_%D0%97%D0%B5%D0%B9%D0%BD%D0%B5%D0%BF

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç