Mert Fırat
Aktyor, ssenarist
Mert Fırat (Mert Firat) – türkiyəli teatr və kino aktyoru, ssenaristdir. Daha çox “1001 gecə”, “Başqa dillərdə sevgi”, “Məni unutma”, “Kəpənəyin yuxusu” və digər filmlərdə iştirakına görə tanınır. Mert Fırat 1981-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub. 2006-cı ildə Ankara Universitetinin tarix və coğrafiya fakültəsinin məzunu olub. 1999-cu ildən etibarən Türkiyənin Ankara Dövlət Teatrının aktyorudur. Teatrın səhnəsində qoyulan çoxsaylı tamaşalarda o cümlədən, “Antoni və Kleopatra”, “Testosteron”, “Təlxək-ağa” və digərlərində iştirak edib. 2009-cu ildə Mert “Sevgi başqa dillərdə” dramında baş rolu ifa edib, onun çəkiliş meydanındakı tərəf-müqabili Səadət Aksoy olub. 2011-ci ildə aktyor iki layihənin çəkilişində iştirak edib. Rejissor Özür Kızılatanın “Məni Unutma” dramında baş kişi rolunu oynayıb. Həmçinin tarixi dram komediyası olan “Babamın xalqı” filmində rol alıb. Onun digər əlamətdar filmləri “Kəpənəyin yuxusu” dramı və “Qisas” serialı sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/mert_firat/