Kıvanç Tatlıtuğ
Aktrisa
Kıvanç Tatlıtuğ 27 oktyabr 1983-cü ild, Adanada (Türkiyə) anadan olub. Atası Adanadan boşnak əsilli, anası isə Ədirnəlidir. 2002-ci ildə Best Model of Turkey və daha sonra Best Model of the World seçildikdən sonra məşhurlaşıb. İlk olaraq "Gümüş" adlı serialda Mehmet obrazını canlandıran Tatlıtuğ sonra "Menekşe" və "Halil" adlı serialda Halil obrazını canlandırıb. Ardından Halid Ziya Uşaklıgilin eyniadlı romanından uyğunlaşdırılan "Qadağan olunmuş eşq" serialında oynayıb. Behlül rolunu canlandırdığı serialda baş rolu Beren Saat ilə paylaşıb. 2010-cu ildə 4 hissəlik qonaq obraz olaraq "Ezel" serialında oynayıb və bu serialda Səkkiz xarakterini canlandırıb. 2011-2013 illər arasında isə "Kuzey Güney" adlı serialda Kuzey rolunu oynayıb. Son olaraq "Kurt Seyit və "Şura" serialında Fərəh Zeynəp Abdullah ilə baş rolu paylaşıb. Aktyor 2016-cı ilin sentyabrında Star TV-də yayımlanan və "Ay Yapımı"n prodüsseri olduğu "Cəsur və Gözəl" adlı serialı ilə 2 il aradan sonra ekrana qayıdıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/K%C4%B1van%C3%A7_Tatl%C4%B1tu%C4%9F