Maykl Ayronsayd
Aktyor, rejissor, ssenarist, prodüser
Maykl Ayronsayd 12 fevral 1950-ci ildə Toronto şəhərində (Kanada) anadan olub. Atası Robert Valter Ayronsayd, anası Patrisiya Cundur. “Sövdələşmə” (1999) filminin rejissoru olub. “Sövdələşmə” (1999), “Zəncirlə rəqs” (1991) filmlərinə ssenari yazıb. “Ən yaxşı atıcı” (1986), “İks Adamlar: Birinci sinif” (2011), “Hər şeyi xatırlamalı” (1990), “Maşinist” (2009) və digər filmlərin, “Düşkün evdar xanımlar” (2004-2012), “Hill Strit Blüzü” (1981-1987), “Təcili yardım” (1994-2009) və digər serialların çəkilişi və səsləndirilməsində iştirak edib. “Ədalət liqası” (2001-2006), “Porsuq və İks Adamlar: Başlanğıc" (2008-2009), “Ceki Çanın macəraları” (2000-2005) və digər cizgi filmlərinin, Splinter Cell: Conviction” (2010), Splinter Cell (2002), Splinter Cell: Double Agent (2006) videooyunlarında personajların səsləndirilməsində iştirak edib. Xarici görünüşünə görə amerikalı kinoulduz Cek Nikolsona bənzədiyindən bir çoxları ayırmaqda çətinlik çəkir. Kino və televiziya aktyoru olmaqdan savayı, səsləndirmə və dublyajla məşğul olur. Həmçinin rejissor, prodüser və ssenarist kimi fəaliyyət göstərir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Michael_Ironside