Zinət Aman

Zinət Aman

Aktrisa, prodüser

BİOQRAFİYA

Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətin anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətin həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib. 1970-ci ildə Zinət Aman “Miss Hindistan” gözəllik müsabiqəsində 3-cü yeri tutur. Bununla o, öz ölkəsini “Miss Asiya” beynəlxalq gözəllik müsabiqəsində təmsil etmək hüququ qazanır. Bu müsabiqədə Zinət Aman birinci yeri tutur və Hindistana bu müsabiqədə qələbə gətirən ilk şəxs olaraq ölkə tarixinə düşür. Bundan sonra Zinət kinoda çəkilməyə başlayır. Onun ilk filmi 1971-ci ildə ekranlara çıxır. Sovet prokatında “Bacı və qardaş” adı ilə tanınan bu film ona uğur gətirir. Narkoman qızın acı taleyini oynayan Zinət, bu roluna görə nüfuzlu mükafat alır. Zinət Amanın kino karyerasında 80-dən çox film var. “Əbədi məhəbbət nağılı”, “Samrat”, “Qədim məbədin xəzinəsi”, “Üç muşketyor” və digər filmləri populyardır. Zinət Amanın SSRİ ilə Hindistanın birgə çəkdiyi “Əlibaba və qırx quldur” filmindəki rolu da yaddaqalandır. “Xattuba” hit treki sovet maqnitafonlarının dəbdən düşməyən mahnılarından idi. Kino karyerası uğurlu olan Zinət Amanın şəxsi həyatı kifayət qədər qalmaqallı və ağır olub. İki dəfə ailə həyatı quran Zinət, bu nikahlarla bağlı xeyli əzablı günlər yaşayıb. Evli və iki uşaq atası olan Sanjay Xanla ailə quranda Zinət xoşbəxt olacağına inanırdı. Zinət onunla birgə Rac Kapurun çəkdiyi “Abdulla” filmində çəkilib. O Sanjadan hədsiz asılı idi. Lakin bu ailə həyatı uzun sürməyib. Ziyafətlərin birində Sanjay Xanın birinci arvadı Zaruna Zinəti itələyib yıxır. Daha sonra ona yaxınlaşan Sanjay Zinəti hamının gözü qarşısında yumruq və sillə ilə döyür. Zərbə o qədər güclü olur ki, Zinatın gözündə 4 dəfə cərahiyyə əməliyyatı aparılır. Lakin zərəbinin izi bu gün də onun gözündə aydın hiss olunur. Bundan bir az sonra Sanjay Xan Zinat Amanın ona xəyanət etdiyini elan edərək ayrıldığını bildirir. Dörd il sonra Z.Aman kinoaktyor Mazhar Xanla ailə qurur. Bu nikahdan onların iki oğlu dünyaya gəlir. 12 illik ailə həyatı 1998-ci ildə sona çatır. Boşanma zamanı Mazhar Xan ağır xəstə idi. Bir müddət sonra o vəfat edir. Bu isə qalmaqala yol açır. Mazhar Xanın qohumları onun ölümündə Z.Amanı ittiham edirlər. Qəzəbli qohumlar Zinət Amanın evinə hucum edir və aktrisanı möhkəm döyürlər. Z.Amanın 11 yaşlı oğlu da anasını döyənlər arasında olur. Sonrakı illərdə Z.Amanın həyatı sabitləşir. İki oğlu ilə münasibətləri düzəlir. İndi onlar anaları ilə birgə yaşayırlar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Zin%C9%99t_Aman

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç