Stüart Hezeldayn

Stüart Hezeldayn

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Stüart Hezeldayn – britaniyalı ssenarist, rejissor və prodüserdir. Daha çox “İmtahan” (2009) psixoloji trilleri üzərində gördüyü işə görə tanınır. Film ona “möhtəşəm debüt” kateqoriyasında BAFTA nominasiyası qazandırıb. O eyni zamanda 2017-ci ildə ekranlara çıxan yazıçı P.Yonqun “Koma” romanının ekran adaptasiyasını lentə alıb. Hazırda Londonda yaşasa da, uşaqlığı Herşam şəhərində keçib. 10 iyun 1971-ci ildə Britaniyada anadan olub. Kent Universiteti və Massaçusets Amherst Universitetinin məzunudur. Ali təhsili başa vurduqdan sonra ilk ssenarisini (Underground) 1995-ci ildə  britaniyalı prodüser Ceremi Bolt və Pol Triybitsə satıb. “İmtahan” (2009), “Döyüş ovçuları” (2012) filmlərinə ssenari yazıb. “Frankenşteyn” filminin çəkilişi və  səsləndirilməsində iştirak edib. “İmtahan” (2009), “Həqiqətdən sonra” (1999) filmlərinə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_5640/stuart-hazeldine

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç