Kolin Selmon

Kolin Selmon

Aktyor

BİOQRAFİYA

Kolin Selmon – britaniyalı teatr və kino aktyorudur, musiqiçidir. “Bondiana” silsiləsindən üç filmdə, “İmtahan” psixoloji trillerində və “Hədsiz” (Limitless) filminin eyniadlı sivkel-serialında oynadığı rollara görə tanınır. Kolin Selmon 6 dekabr 1962-ci ildə London şəhərində (İngiltərə) anadan olub. Anası Silviya Selmon tibb bacısı olub. Trudi adlı bacısı var. Selmon Lüton şəhərində fəaliyyət göstərən "Luton Town" futbol komandasının sadiq azarkeşidir. Futbolla yanaşı, uşaqlığından musiqi ilə maraqlanıb. 5 yaşında olanda babası ona kornet hədiyyə edib. Kolin bu nəfəsli musiqi alətində ifa etməyi öyrənib. Eyni zamanda xorda oxuyub və müxtəlif konsertlərdə iştirak edib. 15 il pank-rokla maraqlanıb, sonradan "The Friction" qrupunun zərb alətləri ifaçısı olub. Rok qrupunu sinif yoldaşları ilə birlikdə təsis edib. 1980-ci ildə qrup dağılıb. Aktyorluq karyerasının əvvəlində Kolin Selmon “Qəbir nağılları” serialına çəkilib. Şöhrəti ona 1992-ci ildə rol aldığı “Əsas şübhəli -2” mini-serialı gətirib. Şəxsi həyatına gəlincə, 1988-ci ildə Fiona Hotorn ilə evlənib. Onların Saşa, Rudi, İden və Bena adlı övladları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Colin_Salmon

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç