Sem Uayzman
Rejissor
Sem Uayzman 1947-ci ildə Binqhemton şəhərində (Nyu-York ştatı, ABŞ) dünyaya gəlib. Brandeys Universitetinin aktyorluq və rejissorluq fakültəsinin məzunudur (1973). Bundan başqa Yel Universitetində musiqi tarixi üzrə bakalavr dərəcəsi əldə edib. Qardaşı tanınmış prodüser Devi Uayzmandır. Aktrisa Konstans Makkaşinlə evlidir və iki övladı var. Daha çox “Cəngəllikdən Çıxmış Corc” (1997), “Bruklin körpüsü” (1991-1993), “D2” (D2, 1994), “Los-Anceles qanunu” (1987-1989) film və seriallarının rejissoru kimi tanınır. Karyerası ərzində 35 film və serialın rejissoru olub. Son rejissor işləri “Ağ ciyərlər” (Lungs, qısametrajlı, 2015) filmi və “Sadə vəziyyətdə” (2008-2009, 3 epizod) serialıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sam_Weisman