Ulrix Tomsen

Ulrix Tomsen

Aktyor

BİOQRAFİYA

Ulrix Tomsen 6 dekabr 1963-cü ildə Danimarkanın Fün şəhərində dünyaya göz açıb. Aktyorluq karyerasına 30 il əvvəl qədəm qoyub. 1993-cü ildə Danimarka Dövlət Teatr məktəbini (Statens Teaterskole) bitirib. Məzun olduqdan sonra müxtəlif teatr tamaşalarında səhnəyə çıxıb. 1994-cü ildə kinoda debüt edib: “Gecə keşiyi” bədii filmində ilk rolunu oynayıb. Tomsenin karyerasının ən uğurlu rolu – “Təntənə” (1998) filmində oynadığı roldur. Həmçinin “Bondiana” silsiləsindən sayca 19-cu film sayılan  - Azərbaycanda çəkilmiş “Bir dünya kifayət deyil” (1999) filmində Davıdov rolu və rejissor Yanoş Sasanın “Opium: Dəlinin gündəliyi” (2007) filmində oynadığı rolla tanınır. Həmin filmdə aktyor ruhi əsəb xəstəxanasında pasiyentlərdən birinə vurulan narkotik vasitə alüdəçisi olan həkim obrazını canlandırıb. O həmçinin “Senturion” (2010) filmində Qorlakon rolunu, “Məxluq” (2011) trillerinin remeykində Sander Helvorson rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ulrich_Thomsen

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç