Rassel Mins
Aktyor
Rassel Çarlz Mins - amerikalı aktyor, ictimai fəal, hindu haqqları müdafiəçisidir. Rassel Mins oqlala-siu mənşəli hindudur. 1939-cu ildə Pan-Ric rezervasiyasında anadan olub. 1942-ci ildə ailəsi ilə birlikdə San-Fransiskoya köçüb. Gəncliyində kriminal dairələrə qoşulub və spirtli içkilərə qurşanıb. 1968-ci ildə Amerika Hindular Hərəkatına qoşulması ilə həyatı tamamilə dəyişir. Təşkilatın döyüş əhval-ruhiyyəsindən ilhamlanaraq, hərəkatın Klivlend şəhərində ikinci bölməsini yaradıb. 1970-ci ildə isə Şükranlıq günündə Plimutda iğtişaşların təşkilatçısı olub. 1972-ci ildə Vaşinqtonda Hindu məsələləri üzrə Federal Brüonun binasının zəbt olunmasında iştirak edib. Həmin basqın zamanı çox sayda məxfi sənədlər yoxa çıxmış və ya məhv olmuşdu. Rassel Mins bir sıra bədii filmlərə çəkilib. Onun kinodebütü 1992-ci ilin “Mogikanların Sonuncusu” epik döyüş filmində Çinqçkuk rolu olub. Həmçinin “Anadangəlmə qatillər” filmində və “Qərbə” mini-serialında rol alıb. “Pokaxontas” və “Pokaxontas 2: Yeni dünyaya səyahət” cizgi filmlərinin səsləndirilməsində iştirak edib. 1997-ci ildə "Where White Men Fear to Tread" adlı avtobioqrafik kitabı işıq üzü görüb. Mins eyni zamanda öz musiqi istedadını də sübuta yetirib, "Electric Warrior" adlı albomunu buraxıb. Mins dörd dəfə evli olub. Sonuncu həyat yoldaşı Qloriya Qrant Mins həyatının son dəqiqələrinə kimi onun yanında olub. Ümumilikdə 10 övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BD%D1%81,_%D0%A0%D0%B0%D1%81%D1%81%D0%B5%D0%BB