Tomas Karter
Rejissor, ssenarist, prodüser, aktyor
Tomas Karter 17 iyul 1953-cü ildə ABŞ-ın Texas ştatının Ostin şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Texas Universitetinə daxil olub. 1974-cü ildə teatr incəsənəti üzrə bakalavr dərəcəsi əldə edib. 1992-ci ildə Karterə “Universitetin “əməkdar məzunu” mükafatı verilib. Kinoda debütünü 1993-cü ildə “Svinq övladları” filmi ilə gerçəkləşdirib. Onun ilk rejissor işi elə də böyük uğur qazanmayıb. Karyerası ərzində ümumilikdə 11 film çəkib. Ən əlamətdar işləri Eddi Mörfinin iştirakı ilə “Metro”, irqlər arası cütlüyün sevgi həyatından bəhs edən “Sonuncu rəqs mənlikdir” (2001), məktəbin idman müəllimi və baş məşqçi Ken Karter haqqında “Məşqçi Karter” filmi, “Qızıl əllər: Ben Karsonun hekayəsi” (2009) filmi sayılır. Daha çox “Svinq övladları”, “Sonuncu rəqs mənlikdi”, “Metro” (Eddi Merfinin baş rolda iştirakı ilə) “Məşqçi” Karter” (Semüel L. Ceksonun baş rolda iştirakı ilə) filmləri üzərində gördüyü işə görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Thomas_Carter_(director)