Leyton Mister

Leyton Mister

Aktrisa

BİOQRAFİYA

Leyton Marissa Mister 9 aprel 1986-cı ildə ABŞ-ın Texas ştatında anadan olub. Valideynləri Yamaykadan ABŞ-a marixuana qaçaqmalçılığı ilə məşğul olan dəstənin üzvləri olub. Hər ikisi qanunsuz fəaliyyətlərinə görə həbs olunub. Məhkəmə araşdırması ərəfəsində hər ikisi girov müqabilində şərti azad edilib. Anası məhz bu əsnada Leytona hamilə qalıb. Anası çox keçmədən 10 il müddətinə həbs olunub. Leytonu Texas xəstəxanasında dünyaya gətirib. Doğuşun yekunlaşmasından 3 ay sonra cəza çəkdiyi həbsxanaya geri qaytarılıb. Ancaq 16 aydan sonra şərti azad edilib və qızı ilə yaşamağa başlayıb. Leyton bütün çətinliklərə baxmayaraq, anası ilə münasibətlərini yaxşı olduğu və normal şəraitdə boya-başa çatdığını bildirib. İki qardaşı var. Bir qardaşı zorlamaya görə 2002-ci ildə mühakimə olunub. Leyton 15 fevral 2014-cü ildən Adam Brodi ilə ərdə olub. Onunla toya qədər iki il görüşüb. Cütlüyün bir qızı var. 2011-ci ildə Leyton anası Konstansiya Misteri məhkəməyə verib. Leyton xəstə qardaşının müalicəsi üçün anasına hər ay 7500 dollar ödəyib. İddiaya görə, anası həmin pullardan suistifadə edərək, özü üçün xərcləyib. Daha çox “Sözbaz” (2007) teleserialında Bler Uoldorf teleserialında oynadığı rola görə tanınır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%81%D1%82%D0%B5%D1%80,_%D0%9B%D0%B5%D0%B9%D1%82%D0%BE%D0%BD

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç