Lüsi Panç

Lüsi Panç

Aktrisa

BİOQRAFİYA

Lüsi Elis T. Panç 30 dekabr 1977-ci ildə London şəhərində (İngiltərə) anadan olub. 1993-1997-ci illərdə doğma şəhərinin Milli gənclər teatrında oxuyub. Daha sonra Londonun Universitet kollecində aktyorluq kurslarına gedib. 2000-ci ildə teatr debütünü edərək, rejissor Terri Consonun Vest-End teatrında “Məzunlar” pyesi əsasında qoyulmuş tamaşada səhnəyə çıxıb. Ekranlarda ilk rolunu 1998-ci ildə yayımlanan “Robin Hudun yeni sərgüzəştləri” serialında oynayıb. Daha sonra “Onlar isti sevir” serialında Elison Stedmanın sadəlövh qızı rolunda çıxış edib. Elə həmin il Lüsi “Arzuların komandası” adlı uşaq telelayihəsində futbolçu qadın rolunu oynayıb. 2000-ci ildə “Onuncu krallıq” adlı kifayət qədər populyar fentezi serialının çəkilişlərində iştirak edib. 2001-ci ildə “Xalis ingilis qətli” serialında qətl qurbanı olmuş ev sahibinin dəymə-düşər qızı obrazını canlandırıb. 2006-cı ildə “Sevgiyə hazırsan” filmində oynadığı rola görə Monako beynəlxalq kinofestivalında ən yaxşı aktrisa kateqoriyası üzrə mükafata layiq görülüb. Daha çox “Bərkedən polislər kimi”, “Çox pis müəllimə” və “Meşənin dərinliklərinə” filmlərində oynadığı rollara görə tanınır. 2011-ci ildə Cey Rouçun “Çox pis müəllimə” komediyasında rol alıb. 2015-ci ildə ilk övladını dünyaya gətirib. Oğluna Reks adını verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BD%D1%87,_%D0%9B%D1%8E%D1%81%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç