Tayler Lebin

Tayler Lebin

Aktyor

BİOQRAFİYA

Tayler Lebin 29 aprel 1978-ci ildə Brampton şəhərində (Kanadanın Ontario əyaləti) anadan olub. Aktyorluq sənətinə baş vurmazdan əvvəl bir müddət sifariş əsasında pizza daşıyıb. 2 qardaşı – Kayl və Kemeron da aktyor kimi fəaliyyət göstərirlər. Kinoda debütünü 1991-ci ildə edib. 2008-2009-cu illərdə “Biçinçi” serialında oynadığı rola görə “ən yaxşı dram serialı aktyoru” kateqoriyası üzrə “Leo Awards” mükafatına layiq görülüb. 2011-ci ildə isə “Unudulmaz həftəsonu” filminə görə ən yaxşı kişi rolu nominasiyasında eyni mükafatla təltif olunub. 2014-cü ildən “Avara” serialına çəkilir. “Voltron: Əfsanəvi müdafiəçi” cizgi serialının səsləndirilməsinə görə iki dəfə “Behind the Voice Actors Awards” (2017, 2018) mükafatına layiq görülüb. 2 iyun 2007-ci ildə kanadalı aktrisa Kerri Ruçinski ilə ailə qurub. Cütlüyün 3 övladı var. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tyler_Labine   

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç