Luçiano Erkoli
Prodüser, rejissor, ssenarist, montajçı
Luçiano Erkoli italiyalı prodüser, ssenarist, rejissor, montajçı. 19 oktyabr 1929–cu ildə İtaliyanın Roma şəhərində anadan olub. Erkoli ilk dəfə Raffaello Matarazzonun «La risaia» (1955) filmində rejissor assistenti qismində çıxış edib. “Rinqo üçün tapanca” (1965), “Kokodidən olan centlemen” (1965), “Fantomas” (1964), “Ölüm hündür dabanda gəzir” (1971), “Ölüm gecyarısı gəlir” (1972), “Hər kəs özü üçün” (1968) və sair filmlərə prodüserlik edib. ”Plaqiat” (1977), “Gənc Lukresiya” (1974), “Cinayətkarı kimsə görüb” (1974), “Tənha üçün yüksək risk” (1973), “Qətl” (1967) filmlərinin ssenari müəlliflərindəndir. Erkoli ispan aktrisası Nieves Navarro ilə ailəlidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Luciano_Ercoli