Mari Helen Arno

Mari Helen Arno

Aktrisa

BİOQRAFİYA

Mari Helen Arno — fransalı fotomodel, kino aktrisası və modelyer. Universitetdə fəlsəfə üzrə bakalavr dərəcəsi alıb. Təhsilini bitirdikdən sonra Koko Şanelin moda evində maneken kimi çalışıb. 1950-ci illərdə Qi Laroş moda evində işləyib, sonra Şanelin moda evinə qayıdır. Bir müddət moda evinin direktoru vəzifəsində çalışıb. Özünün şəxsi moda evini təsis etsədə, iş uğursuzluqla nəticələnir. Arnonun şəkilləri Elle və Life jurnallarında dərc olunub. 1956-1964 illər ərzində özünü aktrisa kimi sınayır. "Mari Helen Arno Mannequins of Paris" (1956), "Ça aussi c'est Paris" (1957), "The Twilight Girls" (1957) filmlərində çəkilib. Rejissor Andre Yunebellin “Fantomas” (1964) filmində Ledi Beltman rolunda çıxış edir. Arno məşhur “Jiji” (1958) musiqili komediyasında epizodik rolda çəkilir. Mari Helen Arno 6 oktyabr 1986-cı ildə 52 yaşında dünyasını dəyişib. Meyidi hamam otağında tapılıb, ölüm səbəbi bəlli deyil.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Marie-H%C3%A9l%C3%A8ne_Arnaud

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç