Andre Yunebell
Rejissor, prodüser, ssenarist
Andre Yunebell — macərə və komediya filmlərinin rejissorudur. 1950-1960-cı illərdə populyar və kommersiya filmlərinin ən tanınmış rejissorlarından biridir. Fransanın "Plaş və qılınc" filminin simvoluna çevrilib. Kinoteatrlarda filmlərinin 85 milyondan artıq izləyicisi olan rejissor Andre Yunebell Fransanın ən məhsuldar rejissorlarından biri hesab edilir. O Jan Mare, Andre Burvil, Lui de Fünes kimi aktyorlarla işləyib. Andre Yunebell karyerasında yüksəliş 60-cı illərə təsadüf edir. 1964-cü ildə Marsel Allen və Pyer Suvestrın ssenari müəllifi olduğu “Fantomas” trilogiyasını çəkir. “Fantomas” (1964), “Fantomas qəzəblənib” (1965), “Fantomas Skotland Yarda qarşı” (1966). Onun çəkdiyi məşhur filmlər sırasında: “Parisin sirrləri” (1962), “Burqund sarayının sirrləri” (1961), “Qraf Monte-Kristo” (1961), “Kapitan” (1960), “Şarlo dörd muşketyor” (1974) və sair.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andr%C3%A9_Hunebelle