Pyer Suvestr
Yazıçı
Pyer Suvestr — fransalı yazıçı və jurnalistdir. Marsel Allenlə ilə birlikdə yazdığı Fantomas romanlar sikli ilə tanınır. Pyer Suvestr Plomelendə anadan olub. Hüquq fakültəsini bitirdikdən sonra (1894) Paris məhkəməsində işləyir. “Qarışıq” (1894) və “Zarafatca” (1895) kitablarını dərc etdirir. Lakin nəşrlər uğur qazanmır. Bundan sonra jurnalistika karyerasına başlayır. 1898—1900 illərdə İngiltərədə yaşayan Pyer Fransaya qayıdır və avtomobil yürüşlərinin təşkilatçısı işləyir. Jurnalist kimi çalışır, idman və teatr mövzusunda məqalələr yazır. Qısa zamanda Cinayət Press Assosiasiyasının, Paris Jurnalistləri Assosiasiyasının, İdman jurnalistləri Assosiasiyasının üzvü seçilir. 1906-cı ildə Suvestr gələcəkdə daimi həmmüəllif olduğu jurnalist Marsel Allenlə tanış olur. 1909-cu ildə “Torpaq titrəyir” pyesini yazırlar. Həmin il yazıçılar “Rur” detektiv romanını yazır. Əməkdaşlıq “İz” (1910) və “Ruayalda” (1910) romanları ilə davam edir. İlk dəfə həmin romanlarda Fantomas filmində baş qəhrəmanlara çevriləcək jurnalist Fandor və komissar Jüv obrazları təsvir olunub. 1911-ci ildə Suvestr və Allen nəşriyyatçı A.Fayarın sifarişi ilə ələ keçməyən cinayətkar haqqında “Fantomas” romanını yazır. Baş qəhrəmanın adını Suvestr belə fikirləşir. Roman uğur qazanır və sikl davam edir. 1913-cü ilə 32 roman yazılır. Suvestr və Allen “Naz-an-ler”casus detektiv əsərlərinin və “Titi qvardiyaçı” macərə romanlarının müəllifi olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Pierre_Souvestre