Debni Koulmen
Aktyor, рrodüser
Debni Uorton Koulmen 3 yanvar 1932-ci ildə ABŞ, Texas, Ostində anadan olub. Valideynləri-Meri Uorton və Melvin Rendolf Koulmendir. 1949-cu ildə Debni Virciniyanın hərbi İnstitutuna daxil olur. Ardınca Texas Universitetində hüquq elminə yiyələnir. “Doqquzdan beşə qədər” (1980), “İnspektor Qadjet” (1999), “Tutsi” (1982), “Hərbi oyunlar” (1983), “Susmaq andı” (1987), “Məktub” (1998) filmlərindəki rolları ilə şöhrət qazanıb. 1957—1959-ci illər ərzində Enn Kortni Harrell, 1961-1984-cü illərdə Cin Heyl ilə ailəli olub. Koulmenin Meqan, Kelli, Rendi və Kvinsi adlı dörd övladı var. Aktyor Los-Ancelesin Brentvud rayonunda yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dabney_Coleman