Stiv Martin

Stiv Martin

Aktyor, ssenarist, рrodüser

BİOQRAFİYA

Stiven Qlenn (Stiv) Martin 14 avqust 1945-ci ildə ABŞ Ueyko rayonunda anadan olub. “Dəli”, “Bütünlüklə mən”, “Təyyarəylə, qatarla, maşınla”, “Düzəkməyən fırıldaqçılar”, “Valideynlər”, “Gəlin atası”, “Çəhrayı pantera” filmləri ilə dünya şöhrəti qazanıb. 2014-cü ildə kinosənətinə verdiyi töhfəyə görə “Oskar” mükafatına layiq görülüb. Martin kinoda eyni zamanda həm aktyor, həm də ssenarist kimi “Seyrək ofisiant” (1977) filmində debüt edir. “Oskar” mükafatına namizəd olur. 1979-cu ildə “Dəli” filmində həm aktyor, həm ssenarist kimi iştirak edir. Rejissor Karl Raynerlə ilə əməkdaşlıq ona məşhurluq qazandırır. Çəkildiyi əksər filmlərinin ssenaristi olub. “Böyük kanyon” (1991), “Evin xanımı” (1992) filmləri tamaşaçıların simpatiyasını qazanıb. “Gəlin atası 2” (1995) filmindəki rola görə Stiv Martin “Qızıl Qlobus“ mükafatına namizəd olub. 1999-cu ildə Eddi Merfi ilə birlikdə rejissor Frenk Ozanın “Əla oğlan” filmində çəkilib. 2000-ci ildə Martin “Topdan ucuz”, “Çəhrəyı pantera” komediyalarında çəkilir. 2001, 2003 və 2010-cu illərdə “Oskar” mükafatlandırma mərasiminin aparıcısı olub. 2009-cu ildə aktyorun daha iki işi ekranlara çıxır: “Asan çətinlik” və “Çəhrayı pantera 2”. 2011-ci ildə “Böyük il” filmində çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Steve_Martin

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç