Zak Penn

Zak Penn

Ssenarist, rejissor, prodüser, aktyor

BİOQRAFİYA

Zak Penn 1 sentyabr 1968-ci ildə Nyu-Cersidə (ABŞ) anadan olub. 1990-cı ildə Ueslian Universitetini bitirib. “İlk oyunçu hazırlaşsın” (2018), “Qisasçılar” (2012), “Halk” (2008), “İks Adamlar: Sonuncu savaş” (2006), “Elektra” (2005), “Qatil ovçusu” (2004), “Loh-Nessdə insident” (2004), "İks Adamlar 2” (2003), “Düşmən arxasında” (2001), “İnspektor Qadjet” (1999), “Sonuncu film qəhrəmanı” (1993) filmlərinin ssenaristi kimi tanınır. “Alfa adamlar” (2011 – 2012), “Loh-Nessdə insident” (2004), ”Ozzi və Driks” (2002 – 2003), “Osmosis Cons” (2001) filmlərinin prodüseri qismində çıxış edib. “Atari: oyunun sonu” (2014), “Dənə” (2007), “Loh-Nessdə insident” (2004) filmlərinin rejissoru olub. “Osmosis Cons” (2001), “Çak və Bak” (2000), “Ulduz kartları” (1997), “PPU” (1994) filmlərinin çəkilişlərində aktyor kimi iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D0%BD%D0%BD,_%D0%97%D0%B0%D0%BA

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç