Cim Şeridan

Cim Şeridan

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Cim Şeridan 6 fevral 1949-cu ildə anadan olub. Altıqat “Oskar” mükafatı namizədidir, çoxsaylı prestijli  kinomükafatların laureatıdır. “Atam naminə” tarixi dramına görə Berlinalın baş mükafatını qazanıb. Şeridan–müasir  irland kinematoqrafiyasının aparıcı nümayəndələrindəndir. İrland milli kinosunun inkişafına böyük töhfələr verib. Bir sıra kommersiya uğurlu bədii filmlərin rejissor və ssenari müəllifidir. İki dəfə “Qızıl Qlobus”, BAFTA mükafatlarına  namizəd olub. Ən əlamətdar kino işləri “Mənim sol ayağım” (kinodebütü), “Atam naminə”, “Boksçu”, “Amerikada”  və “Qardaşlar” filmi sayılır. Yuxarıda qeyd olunan filmlərin son ikisini çıxmaq şərtilə qalanlarında aktyor Deniel Dey-Lüis iştirak edib. Aktyorun şöhrət qazanmasında Şeridanın müstəsna rolu olub. 1972-ci ildən yazıçı Fren Şerdanla  evlidir. Onunla nikahdan üç qızı var: Naomi, Kirsten və Tess. Kirsten və Namoni “Amerikada” filmində yazdıqları  ssenariyə görə ataları ilə birlikdə “Oskar” mükafatına namizəd olub.   

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jim_Sheridan 

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç