Andre Düssolye

Andre Düssolye

Aktyor

BİOQRAFİYA

Andre Düssolye 17 fevral 1976-cı ildə anadan olub. Uşaqlığını Kruzey və Etrinya şəhərlərində keçirib. Valideynləri maliyyə müfəttişləri olub. 10 yaşında aktyorluq sənətində ilk addımlarını atıb. “Çayın övladı” məktəb tamaşasında iştirak edib. Ancaq atası onun drama olan vurğunluğunu təqdir etməyib və onun başqa ixtisas üzrə ali təhsil almasına təkid edib. Andre Düssolye Ədəbiyyat kollecini (Fransa) fərqlənmə ilə bitirsə də, 23 yaşında uşaqlıq arzusunu  gerçəkləşdirib, aktyor olmağa qərar verib. 1972-ci ildə "Komedi Fransez" teatrında daxil olub. Elə həmin il “Mənim kimi gözəl” adlı bədii filmə çəkilməklə kinoda debüt edir. Öz oyunu ilə tanınmış fransalı rejissorlar Leluş, Şabrol,  Romer və digərlərinin diqqətini çəkib. 1981-ci ildə Düssolye rejissor Andraş Kovaçın faşist əsirliyindən qaçmış macar əsgərin həyatından bəhs edən “Müvəqqəti cənnət” filminə çəkilib. Film 12-ci Moskva Kinofestivalında gümüş medala layiq görülüb. Aktyor 1985-ci ildə “Üç kişi və beşikdə olan körpə” komediyasında oynadığı rolla şöhrət qazanıb. 1987-ci ildə ilk dəfə olaraq Alan Renenin “Melodram” filmində oynadığı rola görə “Sezar” mükafatına layiq görülüb. 1997-ci ildə isə Rene ilə əməkdaşlığı növbəti dəfə öz bəhrəsini verib: “Məşhur köhnə mahnılar” (1997) filmində oynadığı rola görə ikinci “Sezar” mükafatını xidməti siyahısına əlavə edib. 1999-cu ildə Düssolye Jan Bekkerin “Təbiət uşaqları” filmində oynayıb. Komediya və dram janrlarının ustası olan Düssolye müasir fransız kinosunun ən parlaq simalarından sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://www.imdb.com/name/nm0244707/    

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç