Franklin C. Şaffner

Franklin C. Şaffner

Rejissor, prodüser, rəssam

BİOQRAFİYA

Franklin Ceyms Şaffner — amerikalı kino və televiziya rejissorudur. 1920-ci ildə Yaponiyanın Tokio şəhərində missioner ailəsində anadan olub. “Patton” (1970) filminə görə "Oskar” mükafatına layiq görülüb. 1987-1989-cu illər ərzində Amerika rejissorlar Gildiyasının prezidenti vəzifəsini icra edib. 1963-cü ildə “Streptiz oynayan qız” ilk tammetrajlı bədii filmini çəkib. “Şir ürəyi” (1987), “Bəli, Corco” (1982), “Sfinks” (1980), “Braziliyadan oğlanlar” (1978), “Okeanda adalar” (1977), “Kəpənək” (1973), “Nikolay və Aleksandra” (1971), “Patton” (1970), “Meymunlar planeti” (1968), “Oxşar” (1967), “Savaş hökmdarı” (1965) və sair filmlərin rejissoru kimi tanınır. “Sfinks” (1980), “Kəpənək” (1973) filmlərinin prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Franklin_J._Schaffner

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç