Viktor Cori
Aktyor, ssenarist
Viktor Cori 23 noyabr 1902-ci ildə Douson şəhərində (Kanada) anadan olub. Onun valideynləri ABŞ vətəndaşları olub. 18 yaşında Cori Kaliforniyanın Pasadina şəhərinə köçür. Berklidə Kaliforniya Universitetində təhsil alıb. Cori Pasadina teatrında Hilmor Braundan aktyorluq dərsləri alıb. 1920-1923-cü illərdə Cori teatr truppası ilə qastrollara gedib, 400 artıq tamaşada oynayıb. 1929-cu ildə Nyu-York səhnəsində debüt edərək Brodveydə “Berkli Sver” tamaşasında iştirak edir. Aktyorluqdan savayı Cori digər teatr peşələrinə yiyələnib. Özünü rejissor kimi sınayıb və Brodveydə tamaşaya qoyulan iki pyesin müəllifi olub. Hollivudda Corinin debütü 1930-cu ildə “Dönüklər” filmində epizodik rolu olub. 1923-cü ildə Cori Norman Krasnının quruluş verdiyi tamaşada “Yüksəkdən, zəhmət olmasa” komediyasında baş rolun ifaçısı olub. Bu zaman Fox kinostudiyası agentinin diqqətini çəkən Cori kino sınaqlarına dəvət alır. Cori əsasən romantik qəhrəman obrazlarını ifa edirdi. Hündür, yaraşıqlı, əsmər, altetik bədən quruluşlu gənc kinoteatrlara qadın auditoriyasını cəlb edə bilirdi. Lakin Cori zalım yaramaz obrazların öhdəsindən ustalıqla gəlirdi. 1935-ci ildə “Yay gecəsi yuxu” fimində Oberon rolundan sonra məşhurlaşıb. Onun ifasını "New York Times" qəzeti çox təsirli” adlandırıb. “Tom Soyerin sərgüzəştləri” filmində hindu Co, “Küləklə sovrulanlar” filmində zalım başçı Conas Uilkerson, “Qələbə insanı” filmində texaslı vətənpərvər Uilyam Trevis rolları ilə daha çox tanınır. Gənc yaşlarında romantik qəhrəman obrazı yaradan aktyor, ara-sıra yaramaz rolunda çıxış edirdi. Viktor Corinin filmoqrafiyasında 120 bədii film, 400 tamaşa, 500 televiziya serialının epizodunda və 1200 radio tamaşada çıxış edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Victor_Jory