Flemminq Kvist Müller
Rejissor, karikaturaçı, uşaq hekayələri yazarı, musiqiçi, ssenarist, aktyordur
Flemminq Kvist Muller 19 may 1942-ci ildə Danimarkada anadan olub. "Cykelmyggen og dansemyggen" (2007), "Bennys badekar" (1971), “Cəngəllikdən çıxmış Hüqo” cizgi filmlərinin ssenaristi kimi tanınır. Rejissor olaraq kiçik eksperimental animasiyanın yaradıcısı olaraq debüt edib. İlk animasiyalarının hazırlanmasında Yannik Hastrapla əməkdaşlıq edib. Anders Refnin “Stromer” (1976), “Miras” (The Heritage, 1978) və “Qara məhsul yığımı” (Black Harvest, 1993) kimi filmlərinin həmmüəllifi olub. 1971-ci ildə ekranlara çıxan “Benninin vannası” (Bennys Bathtub) filminə yazdığı ssenari ilə şöhrət qazanıb. Sözügedən film 2006-cı ildə Danimarka Mədəniyyat Nazirliyi tərəfindən ən vacib milli filmlərin onluğuna daxil edilib. Aktyor olaraq 20-dən çox cizgi filmi və bədii filmin səsləndirilməsində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Flemming_Quist_M%C3%B8ller