Kristin Devis

Kristin Devis

Aktrisa

BİOQRAFİYA

Kristin Devis 23 fevral 1965–ci ildə ABŞ, Kolorado ştatında anadan olub. NVO “Böyük şəhərdə seks” serialında və filmlərində Şarlotta York rolu ilə məşhurlaşıb. Kristin “Dostlar” serialında Erin rolunu ifa edib. “Şarkboy və Lavanın sərgüzəştləri” filmində Corc Lopes və Devi Arkettlə birlikdə çəkilib. 2006-cı ildə “İtə dönmüş adam” filmində Tim Allenlə birlikdə çəkiliş meydançasında tərəf-müqabili olub. Aktrisa daha çox “Səyahət 2: Sirli ada” (2012), “Nikah məhbusları üçün məhəbbət düsturu” (2009), “Xoş gəlmisiniz və ya qonşulara giriş qadağandır” (2006), “Böyük şəhərdə seks” (2008) “İtə dönmüş adam” (2006), “Böyük şəhərdə seks 2” (2010) filmlərindəki rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kristin_Davis

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç