Karlo Di Palma
Operator, rejissor
Karlo Di Palma 1925-ci ildə Romada anadan olub. Viskontinin “Asılılıq” (1943) filmində operator köməkçisi olub, orada Canni Di Venantso ilə tanışı olub və ondan operatorluğun incəliklərini öyrənməyə başlayıb. İlk operator işi 1956-cı ildə işıq üzü görüb. 1983-cü ildən etibarən ABŞ-da fəaliyyət göstərib. 50-dən çox film lentə alıb. Başlıca olaraq Mikelancelo Antonioni və Vudi Allenin filmlərini çəkib. 1970-ci illərdə bir neçə komediya filminin çəkilişində iştirak edib. Qardaşı oğlu kinooperator Dario Di Palmadır. 2004-cü ildə Romada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Carlo_Di_Palma