Dayen Uist

Dayen Uist

Aktrisa

BİOQRAFİYA

Dayan “Evelin” Uist 28 mart 1948-ci ildə Kanzas-siti şəhərində (Missuri ştatı, ABŞ) anadan olub. Anası Enn Stüart tibb bacısı, atası Bernard Con Uist kollec dekanı olub. Anası şotland, atası isə Xorvatiyadan mühacirət etmiş alman əsilli amerikalıdır. Valideynləri Əlcəzairdə tanış olublar. Aktrisanın Qreq və Don adlı iki qardaşı var. Uşaqlıqda ballerina olmağı arzulasa da, “Nurnberq” orta məktəbinin sonuncu sinifində oxuduğu ildə teatrla maraqlanmağa başlayıb. Uist 1969-cu ildə Merilend Universitetini bitirib, incəsənət və elm üzrə bakalavr dərəcəsi alıb. Uzun illər agenti Seç Konla münasibətlərdə olub. İki ögey qızı var. 2015-ci ildə işsiz olub və mənzilin kirayəsini ödəyə bilmədiyi üçün 79-cu küçədəki mənzilini tərk etməli olub. İkiqat “Oskar” mükafatı laureatıdır (1987,1995), iki qat “Emmi” laureatıdır (1997,2008). Bundan başqa bir dəfə “Qızıl Qlobus” (1995), iki dəfə “ABŞ kinoaktyorları Gildiyası” mükafatı sahibi olub.  Dayan Uistin iştirakı ilə çəkilmiş film və seriallara daxildir: “Hanna və bacıları” (1986), “Radio günləri” (1987),  “Valideynlər” (1989), “Edvard Qayçı-barmaqlar” (1990), “Brodveydə Güllə Yağışı” (1994), “Cücələr üçün qəfəs” (1996), “Eyvonli yolu” (1996), “Onuncu Krallıq” (2000), “Pasiyentlər” (2008-1996), “Dovşan yuvası” (2010) və “Təfsilatlı həyat” (2015-2016). 

Ətralfı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dianne_Wiest

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç