Pol Bruk

Pol Bruk

Aktyor

BİOQRAFİYA
Pol Bruk 22 noyabr 1944-cü ildə İngiltərədə anadan olub. Peşəkar karyerasına teatr səhnəsində müxtəlif tamaşalarda iştirak etməklə başlayıb. Londonun "Young Vic" aktyor truppasında çıxış edib. BBC radiosunun 1981-ci il “Üzüklərin hökmdarı” adaptasiyasında Qrima Uormtonq personajını səsləndirib. 1983-cü ildə Ulduz Müharibələri fantastik saqasının “Cedayın qayıdışı” adlı epizodunda Malakili rolunu oynayıb. 2004-cü ildə BBC-nin “Alan Klarkın Gündəliyi” serialında mühafizəkar siyasətçi Ayan Qou obrazını canlandırıb. 2006-cı ildə “Doktor Kim” fantastik serialında qonaq olaraq iştirak edib, 1990-cı ildə “Mister Bin” komediya serialının “Kitabxana” skeçində iştirak edib. 2001-ci ildə “Bricet Consun Gündəliyi” filmində Mister Fitsherbert rolunu oynayıb. BBC-nin bir çox sənədli filmlərində o cümlədən “Leonardo Da Vinçi” serialının “Hər şeyi bilmək istəyən insan” epizoduna çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Paul_Brooke

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç