Deyn Kuk

Deyn Kuk

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Deyn Cefri Kuk 18 mart 1972–ci ildə Massaçusetsdə anadan (ABŞ) olub. Onun beş komediya albomu “Harmful If Swallowed”, “Dane Cook: Vicious Circle”, “Rough Around the Edges: Live from Madison Square Garden”, “Isolated Incident" və “Retaliation” işıq üzü görüb. Onun albomu son 28 ildə komediya albomları çatında ən yüksək baxış sayı toplamış və iki dəfə platin albom adını alıb. Yumorist karyerasından savayı Deyn Kuk “Böyük qonaqlıq”, “London”, “Uğurlar, Çak”, “Siz kimsiniz, Mister Bruks?”, “Ən yaxın dostumun rəfiqəsi” filmlərində aktyor kimi çıxış edib. İlk böyük rolu Cessika Simpson və Deka Şepar ilə birlikdə 2006-cı ildə “Arzularıın görüşü” komediyası olub. 2007-ci ildə Kevin Kostnerin baş rolda çəkildiyi “Siz kimsiniz, Mister Bruks?” filmində ilk dəfə ciddi rola çəkilir. Bu filmdən sonra Kuk baş rollara çəkilmək üçün təkliflər alır. 2010-cu ildə Deyn Kuk “Birinci qisasçı” elmi fantastik filminin, superqəhəman Amerika kapitanı rolunun sınaq çəkilişlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dane_Cook

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç