Mark Lener

Mark Lener

Tarixçi

BİOQRAFİYA

Mark Lener 1950-ci ildə ABŞ-ın Şimali Dakota ştatında anadan olub. İlk dəfə tələbə olanda 1973-cü ildə Misirə uçub. ”Yatmış peyğəmbər” kitabından Edqar Keysinin fantastik ideyalarına valeh olan Leneruzun müddət mifik memarlarıın qalıqlarını və Böyük Sfinksin ayaqları altında gizli giriş tapmağa çalışır. Ancaq sonradan bu baxışların yalnış olduğuna əmin olub. 13 illik tədqiqat işlərindən sonra Lener ABŞ-a geri dönüb və 1990-cı ildə Yel Universitetində “Təsviri arxeologiya: Gizanın böyük Sfinksi” mövzusu üzrə disertasiya müdafiə edib. O Giza ehramlarının 85 ilə (e.ə 2589-2504 illərdə) inşa olunduğunu düşünür. Lener misirli xanımla evlənib, Ramzes və Lük adlı övladları var. Hər ikisi Qahirənin Amerika Universitetini bitirib. İkinci nikahdan Eliza və Aleksandr adlı uşaqları var. Amerikalı arxeoloq, 30 il təcrübəsi olan misirşünasdır. Qədim Misirin Öyrənilməsi Assosasiyasının rəhbəridir. Onun tədqiqat  komandası Böyük ehramların yaxınnlığındakı fəhlələr kəndi – Giza yaylasından tapılmış əlyazmalarının öyrənilməsi və kartoqrafiya ilə məşğul olur. Lener G-1 ehramının əvvəllər düşünüldüyü kimi I Meritetesə deyil Hetpheresə aid olduğunu isbat edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_Lehner

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç