Zahi Havass
Tarixçi, misirşünas
Fəlsəfə Elmləri Doktoru Zahi Havass – misirli arxeoloq, tarixçidir. Qədim Misir Ali Şurasının keçmiş baş katibidir. Qədim Misir mədəniyyəti və tarixinin xarici mediada populyarlaşdırılması ilə aktiv şəkildə məşğul olub. 2011-ci ildə “ərəb baharı” hadisələri zamanı etdiyi çıxışlardan sonra, həmkarları Havassın istefasını tələb edib. Onlar buna əsas kimi Havassın Mübarək rejimi ilə sıx əlaqələrinin olması və adının korrupsiyada hallanması ilə əlaqələndiriblər. Həmin ilin mart ayında bundan sonra qədim misir abidələrinin və eksponatlarının qorunması və ya qarətinin əngəllənməsi ilə bağlı daha cavabdeh ola bilmədiyini söyləyərək istefa verib. Havass uzun müddət misir mumiyalarının DNT analizina qarşı çıxıb, əldə olunan məlumatların etibarsız olduğunu bildirib. Xarici alimlərin mumyalar üzərində tədqiqatlar aparmasına icazə verməyib. Bəzən bunun Misirin milli təhlükəsizliyi baxımından zəruri olduğunu söyləyib. Bununla belə, 2005-ci ildə Tutanhamon mumyasının tədqiqat qrupuna başçılıq edib. Kompüter tomoqrafiyası aparılıb, daha sonra isə DNT nümunəsi əsasında müayinə aparılıb. Faraon Exnaton və onun adsız bacısının Tutanhamonunun valideynləri olduğunu isbat edib (Tutanhamonun genetik xəstəliyinin bu insest izdivacdan qaynaqlandığı) öyrənilib. Şəxsi həyatına gəlincə misirli ginekoloq Fəkirə Havassa ilə evlidir. Nikahdan iki oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Zahi_Hawass