Mişel Forbs
Aktrisa
Mişel Rene Forbs Quahardo 8 yanvar 1965-ci ildə ABŞ-ın Texas ştatının Ostin şəhərində anadan olub. Uşaqlığında balet rəqqasəsi olmağı arzulayıb. İstedadlı olduğuna görə ona Hyüstonun Ali Bədii və Vizual İncəsənət Məktəbinə daxil olmaq təklifi gəlib. Nyu-Yorkda keçirdiyi tətildə (16 yaşında olanda) kastinqdə iştirak edib. Rola qəbul olunmasa da, Uilyam Morrisin agentliyi ilə müqavilə bağlayıb və tezliklə peşəkar karyerasına qədəm qoyub. 1987-ci ildə, 22 yaşında “İstiqamətləndirici işıq” serialında ilk rolunu – Sonni Karrera-Lüis rolunu oynayıb. Şouda iki il qalıb və 1990-cı ildə "Daytime Emmy Award" mükafatına namizəd olub. Daha sonra “Ulduz yolu: Növbəti nəsil” serialına çəkilib. Daha sonra fantastik saqanın spin-offunda da çəkilmək təklifi gəlsə də, təklifi rədd edib və əsas diqqəti kino sahəsində fəaliyyətə yönəldib. Forbs bundan başqa “Kaliforniya” trillerində oynadığı Kerri Laflin roluna görə “Saturn” mükafatına namizəd olub. Bundan başqa “Köpəkbalıqları arasında” filmində baş rola, “Yolkənarındakı çiçək”, “Pusmağın xeyri” və “Los-Ancelesdən qaçış” filmlərində ikinci dərəcəli rolları oynayıb. 1996-cı ildə “Qəttlər şöbəsi” teleserialının aktyor heyətinə qoşulub. Forbs “Half-Life 2”, “Half-life 2: Episode One”, “Half Life 2: Episode Two” məşhur video oyunlarında Cudit Mossman personajını səsləndirib. 1987-ci ildə “İstiqamətləndirici işıq” serialında debüt edib. Həmin rola görə gündüz “Emmi” mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%BE%D1%80%D0%B1%D1%81,_%D0%9C%D0%B8%D1%88%D0%B5%D0%BB%D1%8C