Devid Duxovnı
Aktyor
Devid Duxovni 7 avqust 1960-cı ildə ABŞ-ın Nyu-York şəhərində doğulub. Anası şotland əsilli, atası Amram Duxovni isə rus yəhudilərindən biri olub, bir çox kitabların müəllifidir. Amram Duxovni əvvəllər soyadındakı "x" hərfini "k" kimi yazılmasını demişdi. Lakin sonralar soyadı əvvəlki kimi yazılmağa başlandı. Oğlunun adı "David" isə yəhudi peyğəmbəri Davud peyğəmbərin sözündən götürülmüşdü. Devid Duxovn məktəbdə yaxşı oxumuş və Prinston Universitetinin pedaqoq fakültəsində təhsil almışdı. Daha sonra Yel Universitetinin aspiranturasında təhsilini davam etdirmiş və ingilis ədəbiyyatı üzrə magistrliyi oxumuşdu. İlk dəfə 1987-ci ildə televiziyada yayımlanan "Löwenbräu" pivə reklamında peyda olur və cazibədarlığı sayəsində filmlərə çəkilməyə başlayır. Devid 1988-ci ildən etibarən kino karyerasına başlayır. Bir çox filmlərdə, televiziya seriallarında və sitkom janrlı seriallarda rol alır. Ən məşhur çəkildiyi serial isə Məxfi materiallar televiziya serialı olub. Bu serialda Devid "Foks Malder" rolunu canlandırır. Həmçinin, Devid Duxovni 2003-ci ilin istehsalı olan "XIII" adlı video oyundakı personajı və "Area 51" video oyunundakı "Etan Koul" adlı personajı səsləndirmişdi. 12 may 2015-ci il tarixində 12 mahnıdan ibarət olan "Hell Or Highwater" adlı ilk albomunu çıxarıb. Devid Duxovni 6 may 1997-ci ildə Tea Leoni adlı aktrisa ilə ailə həyatı qurur. Onların 24 aprel 1999-cu ildə Madeleyn Vest Duxovni adlı qızı, 15 aprel 2000-ci ildə isə Kid Miller Duxovni adlı oğlu dünyaya gəlir. Devid Duxovni bu müddətdə seksuallığın artımı olan Hiperseksuallıq adlı xəstəlikdən əziyyət çəkirdi və onlar 15 oktyabr 2008-ci ildə boşanırlar. Bu hadisədən sonra Devid klinikada müalicə almağa başlayır. Bir müddətdən sonra onlar 9 yanvar 2009-cu ildə barışırlar. Lakin 2011-ci ilin iyun ayında tərəflər arasında yaranan mübahisədən sonra onlar yenidən ayrı yaşamağa başlayırlar və 2014-cü ilin iyun ayında rəsmi olaraq boşanırlar. 2014-cü ildə baş vermiş Krım böhranı hadisəsindən sonra Devid Twitter onlayn sosial şəbəkəsindəki səhifəsində "Mən indi başa düşdüm ki, əslində ukraynalıydım" sözlərini qeyd edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Devid_Duxovni